REGİONLAR
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Naxçıvan, 6 iyun, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, andiçmə mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.
Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Vətənin bacarıqlı müdafiəçisi olmaq üçün hər bir əsgər hərbi andın tələblərini şüurlu şəkildə yerinə yetirməli, intizamlı, vicdanlı və cəsarətli olmalı, ona həvalə edilmiş silah və texnikanı dərindən öyrənməli, Vətən qarşısında öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu ləyaqətlə yerinə yetirməlidir.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:11]
Balakəndə Novruz bayramı qeyd olunub
- 19.03.2024 [16:59]
AFAQ layihəsi çərçivəsində Zəngilanda qadın fermerlərə dəstək göstərilib
- 19.03.2024 [16:56]
Gəncədə güclü yağış fəsadlara səbəb olub
- 19.03.2024 [16:41]
Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
- 19.03.2024 [16:27]
Füzuli şəhərində İlaxır çərşənbə qeyd olunub FOTO VİDEO
- 19.03.2024 [15:56]
Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub
- 19.03.2024 [14:58]