REGİONLAR


Əlahiddə Ümumqoşun Orduda komandirlərin peşəkarlığı artırılır

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə zabitlərin komandir hazırlığı sistemi çərçivəsində növbəti məşğələlər təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda zabitlərin atəş və sürücülük bacarıqları yoxlanılıb. Toplantının sonunda zabitlərdən fiziki və taktiki hazırlıq, topoqrafiya və rəhbər sənədlərin tələblərini bilmələri üzrə məqbullar götürülərək bilik, bacarıq və peşəkarlıqları qiymətləndirilib.

Bundan başqa, Əlahiddə Ümumqoşun Orduda müxtəlif ixtisaslar üzrə taqım komandirləri ilə keçirilən növbəti təlim-metodiki toplantı başa çatıb. Taqım tərkibində məşğələlərin vahid metod üzrə keçirilməsinə nail olmaq məqsədi ilə hər bir ixtisasdan nümayiş, metodiki və taktiki-sıra məşğələləri keçirilib.

Sonda taqım komandirlərindən məqbullar götürülərək toplantıya yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.