REGİONLAR


Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilir

Naxçıvan, 20 iyun, AZƏRTAC

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.

İyunun 24-dək davam edəcək təlimdə məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.