REGİONLAR
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib
Naxçıvan, 11 may, AZƏRTAC
Naxçıvan Qarnizonu tam orta məktəbinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş tədbir olub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə məktəbin direktoru Natiq Əhmədov və digər çıxış edənlər dahi mütəfəkkirin həyat və yaradıcılığından danışıblar.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin xalqımızın tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğu vurğulanıb. Şairin əsərlərinin ümumbəşəri səciyyə daşıdığı, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığında ilham mənbəyi olduğu, yeniyetmə və gənc nəslin təlim-tərbiyəsində əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Tədbirdə şairin həyat və yaradıcılığından bəs edən videoçarxlar nümayiş olunub, şagirdlər Nizami Gəncəvinin şeirlərini bədii qiraət edib, poemalarından hissələri səhnələşdiriblər.