REGİONLAR


Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları birincilik uğrunda yarışıblar

Naxçıvan, 28 noyabr, AZƏRTAC

Təlimlərdə hədəfləri ilk atəşlə məhv edən Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları bu dəfə birincilik uğrunda yarışıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları da iştirak ediblər.

Plana uyğun olaraq keçirilən yarışda düşmənin taktiki və əməliyyat dərinliyində hava kəşfiyyatı apara bilən vasitələrlə təchiz edilmiş reaktiv artilleriya divizionu bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.