Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan, 23 iyun, AZƏRTAC

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi Azərbaycan ordusunun gücünü artırıb, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası xeyli möhkəmlənib. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub, etibarlı müdafiə sistemi yaradılıb. Muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və yenidən qurularaq istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 23-də - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edərək deyib: 1918-ci ilin mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir ay sonra - iyun ayının 26-da Azərbaycan ordusunun yaranması haqqında qərar qəbul etmişdir. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu dövrdə isə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk hərbi məktəb yaradılmış, ixtisaslı hərbi kadrların hazırlanmasına başlanmışdır. Bu məktəbin yetirmələri sonrakı dövrdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət edərək ordu quruculuğu işinə öz töhfələrini vermişlər. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən 4 gün sonra - sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının ərazisinin müdafiəsi və hərbi hissələrin vahid rəhbərlik altında birləşdirilməsi ilə bağlı qərar qəbul etmiş, Müdafiə Komitəsi yaradılmışdır. Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində kompleks tədbirlər görülmüş, Azərbaycan Silahlı Qüvvələri mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülür, müasir silah-sursatlar alınır, ordumuzun döyüş qabiliyyəti artırılır. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Naxçıvan Muxtar Respublikasında da Ümummilli Liderimizin ordu quruculuğu sahəsində başladığı işlər uğurla davam etdirilmiş, Müdafiə Komitəsindən Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmişdir. Bu gün muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və işğal altında olan torpaqlarımızı azad etməyə qadir güclü ordu formalaşıb. Bütün bunlar asan başa gəlməyib. Şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, silah-sursat təminatı, əsgər və zabitlərin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hər il yeni yaşayış binaları tikilir, hərbi hissələr yenidən qurularaq istifadəyə verilir. Bu gün istifadəyə verilən hərbi hissə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına, şəxsi heyətin bundan sonra da hər an torpaqlarımızı azad etməyə hazır olacağına əminliyini bildirib, onlara xidmətdə uğurlar arzulayıb.

Zabit Ceyhun Təhməzov minnətdarlıq edərək deyib: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ərəfəsində lazımi şəraiti olan hərbi hissənin istifadəyə verilməsi şəxsi heyətin böyük sevincinə səbəb olub. Belə bir hərbi hissədə xidmət etməkdən şərəf duyuruq. Muxtar respublikada hərbi hissələr üçün yaradılan şərait, göstərilən qayğı şəxsi heyətin döyüş ruhunu artırır. Bizi qələbəyə daha da ruhlandırır. Günnüt kəndinin və ətrafında olan yüksəkliklərin azad olunması bunun bariz nümunəsidir. Azərbaycanın üçrəngli bayrağını Günnüt kəndində olduğu kimi, Laçında, Kəlbəcərdə, Xankəndidə və Azərbaycanın digər işğal olunmuş torpaqlarında da dalğalandırmağa hazırıq.

Əsgər Ayxan Fətullayev deyib: Hərbi qulluqçuların döyüş ruhu yüksəkdir. Aparılan uğurlu əməliyyat bir daha göstərdi ki, böyük qələbəmizin bir addımlığındayıq. Şanlı zəfərlər qazanmağa hazırıq. Çünki qüdrətli Azərbaycan dövlətinin güclü ordusunun əsgərləriyik. Ayxan Fətullayev yaradılan şəraitə və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq edib.

Əsgər Yavər Məmmədov çıxış edərək deyib: Azərbaycan torpağı biz əsgərlər üçün əzizdir və onun müdafiəsində daim ayıq-sayıq dayanmağa hazırıq. Yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir. Hərbi sirlərə yiyələnir və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq. Mən bu yaxınlarda hərbi xidməti bitirərək ehtiyata buraxılacağam. Lakin əsgər yoldaşlarımızla birgə əmin edirik ki, Azərbaycanın müdafiəsinə, verilən hər bir tapşırığın uğurla yerinə yetirilməsinə daim hazırıq.

Sonra şəxsi heyət “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarını səsləndirib.

Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah binası, 126 yerlik əsgər və 52 yerlik zabit yataqxanaları, yeməkxana, kafe, qazanxana və avtomobillər üçün saxlanc yeri inşa edilib. Qərargah binasında iş və sinif otaqları vardır. Sinif otaqlarında yaradılan şərait şəxsi heyətin hərbi-nəzəri biliklərinin və ideoloji hazırlıqlarının artırılmasına öz töhfəsini verəcəkdir. Hərbi hissədə əsgərlərin fiziki və hərbi hazırlığı diqqətdə saxlanılıb, sıra meydanı, ümumqoşun maneələr zolağı və idman şəhərciyi salınıb, voleybol, basketbol və futbol meydançaları istifadəyə verilib.

Ərazidə abadlıq işləri də aparılıb, gülkarlıqlar salınıb.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə baxıb.

Məlumat verilib ki, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Zavodunda yığılan 10 ədəd kompleks rabitə stansiyası İP texnologiyalarına əsaslanır və müasir avadanlıqlarla təmin olunub. Avtomobil və qoşqu üzərində yığılan kompleks rabitə stansiyasının rabitə məsafəsi 100 kilometrdir. Stansiya idarəetmə məntəqələri arasında və daxilində rəqəmsal kanallarla audio, video, şəkil, data, anoloq, İP telefon və radio məlumatların mübadiləsini məxfilik qorunmaqla təmin edir.

Hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsi daimi dislokasiya və səhra şəraitində döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə heyətlərinin idarə olunması üçün nəzərdə tutulub. İdarəetmə məntəqəsi planşet, radiostansiyalar və digər zəruri avadanlıqlarla təchiz edilib. Bu da muxtar respublikanın istənilən ərazisində hava hücumundan müdafiə heyətlərinin idarə olunmasına və hava məkanına nəzarətin həyata keçirilməsinə imkan verir. Hazırda 6 idarəetmə məntəqəsi istismara verilib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.

Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilib

İyunun 23-də Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat helikopteri, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadaların döyüş maşınları, zirehli transportyor və döyüş-kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur. Hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

Şəhər sakinlərinin və qonaqların muzeylə tanışlıqları üçün lazımi şərait yaradılıb.

Baxış zamanı qeyd olunub ki, ərazidə yeni istirahət parkı da salınıb. 5 min kvadratmetr sahəni əhatə edən parkda dekorativ ağaclar və gül kolları əkilib, şəlalə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda oturacaqlar və şahmat stolları qoyulub, sakinlərin mənalı istirahəti təmin olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub