ELM VƏ TƏHSİL


“Əlaqə mərkəzi təmsilçisi” üzrə təlimə müraciətlər qəbul olunur

Bakı, 17 may, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Əlaqə mərkəzi təmsilçisi” üzrə təlimə müraciətlər qəbul olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimə qoşulmaq istəyənlər mayın 23-dək müraciət edə bilərlər.

Təlimə seçilmiş iştirakçılar dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.

Təlimdə iştirak üçün əsas seçim meyarları:

- Bakı şəhərində yaşayan gənclər;

- Fikrini aydın izah etmək bacarığı;

- Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı;

- Azərbaycan dilində səlis danışıq bacarığı;

- Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür);

- Daim inkişaf etmək istəyi, çeviklik və ünsiyyət bacarığı.

Bir ay davam edəcək təlim (həftəiçi 3 gün, hər gün 2 saat olmaqla) həm onlayn, həm də təlim otaqlarında olmaqla, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. İnteraktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.