ELM VƏ TƏHSİL


Əlavə ixtisas seçimində uğur qazanmış abituriyentlərin elektron qeydiyyatına başlanılır

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-dən ali təhsilin bakalavriat səviyyəsi üzrə əlavə ixtisas seçimində uğur qazanmış və 11 illik təhsil bazasında kolleclərə qəbul olmuş abituriyentlərin müvafiq təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.

Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.

Təhsil müəssisələrinə elektron qeydiyyat üçün son tarixlər:

-9 illik bazadan kolleclərə qəbul olan abituriyentlər üçün 22 sentyabr saat 23:59;

-11 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 24 sentyabr 23:59;

-Bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 19 sentyabr 23:59;

-Bakalavriat səviyyəsinə əlavə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 20 sentyabr 23:59.

Müəyyən edilmiş müddətdən sonra müraciətlərin göndərilməsi mümkün olmayacaq və qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.