ELM VƏ TƏHSİL


Əlavə memar təhsili alanlara diplomlar verilib

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 1 illik əlavə memar təhsili almış bir qrup rayon memarına bu gün diplomlar verilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, memarlıq ixtisası üzrə əlavə təhsil proqramını Gəncə, Gədəbəy, Goranboy, Kürdəmir, Ağcabədi, Şabran, Şuşa, Xocavənd, Füzuli, Qubadlı və digər rayonlardan 20 nəfər bitirib.

Xatırladaq ki, Təhsil Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktublarına əsasən Azərbaycanın inzibati rayonlarının mütəxəssisləri AzMİU-da bakalavr səviyyəsində memarlıq ixtisası üzrə 1 illik təhsil alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.