Albalı plus kuboku uğrunda futbol yarışlarının qalibləri müəyyənləşdi
AzerTAg.az
Bakı 19 avqust (AZƏRTAC). “Unibank”ın Albalı plus kuboku uğrunda futbol yarışları başa çatıb. Final oyunlarında və qaliblərin mükafatlandırılması mərasimində Albalı plus kartının partnyorları ilə yanaşı, bankın müştəriləri də iştirak ediblər.
Bankdan AZƏRTAC-a bildirilib ki, birinci yer uğrunda oyunda Mərkəzi Bankın komandası ilə “Unibank”ın “Bankers” komandası qarşılaşıb. Rəqibini məğlub edən “Bankers” çempionatın əsas kubokunu qazanıb. İkinci yeri Mərkəzi Bankın komandası, üçüncü yeri isə “Sinteks” şirkətinin komandası tutub. Qaliblərə pul mükafatı, kubok və medallar təqdim olunub.
Peşəkar hakimlər tərəfindən olimpiya sistemi ilə keçirilən yarışların “ən yaxşı qapıçısı”, “ən çox qol vurmuş oyunçu” və “final qarşılaşmasının ən yaxşı oyunçusu” da müəyyən edilərək, mükafatlandırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var