REGİONLAR


Alban-Udi Xristian dini icmasının üzvləri Tuğ kəndindəki qədim alban məbədində dini ayin icra ediblər VİDEO

Xocavənd, 17 aprel, A.Yavərzadə, AZƏRTAC

Alban-Udi Xristian dini icmasının üzvləri erməni işğalından azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı Tuğdakı qədim alban məbədi ziyarət olunub və Pasxa bayramı münasibətilə dini ayin icra edilib.

Xatırladaq ki, qədim Azərbaycan kəndi olan Tuğ dini-tarixi abidələrinin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.