REGİONLAR


Alban-Udi xristian dini icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər

Tərtər, 26 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Alban-Udi xristian dini icmasının üzvləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan qəsəbəsində və Talış kəndinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icma üzvləri Suqovuşan qəsəbəsində və Talış kəndində Alban məbədlərini ziyarət edib, dini ayinlər həyata keçiriblər, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxuyublar.

Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakarı jurnalistlərə müsahibəsində deyib: “Bu gün Silahlı Qüvvələr Günü ilə əlaqədar Talış kəndində və Suqovuşan qəsəbəsində olan məbədləri ziyarət etməyə gəlmişik. Zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülhsevən xalqıq, qonaqpərvər xalqıq. Bu gün də gəlmişik şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.