ELM VƏ TƏHSİL


Alban xristian abidələrinin ermənilər tərəfindən planlı şəkildə təhrif olunması tarixi həqiqətdir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan dövləti bütün zamanlarda öz müsəlman mədəniyyətinə və islama qədər olan, o cümlədən xristian keçmişinə aid mədəni irsinə Azərbaycan xalqının irsi kimi diqqət və hörmətlə yanaşıb, onu qoruyub. Və bu baxımdan torpaqlarımızdakı xristian abidələrinin guya dağıdılması barədə bəzi dairələrin riyakarcasına fəryad qoparmaları təəccüb doğurmaya bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda çıxışında söyləyib. O deyib: “Üstəlik hələ sovet dövründən bəri, xüsusən də işğal dövründə xristian keçmişin əksər nümunələrinə erməniləşdirmə məqsədilə erməni saxtakarları tərəfindən yenidən “əl gəzdirilib” və onlar manipulyasiyaya məruz qalıb.

Alban xristian abidələrinə gəldikdə isə tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə bu abidələrin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin “sübutlarına” çevrilməli olan yeni yazıların həkk edilməsindədir”.

Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən vebinar 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.