SİYASƏT


Albaniya Prezidenti: Avropa İttifaqının siyasətində əsas məsələ əməkdaşlıq və stabilliyin təmin edilməsidir

Bakı, 17 iyun, AZƏRTAC

Qarşımızda çoxlu çağırışlar var. Avropa İttifaqının siyasətində əsas məsələ əməkdaşlıq və stabilliyin təmin edilməsidir. Albaniya İttifaqın Qərbi Balkana kimi genişlənməsinin tərəfdarıdır. Berlin prosesi Qərbi Balkanlarda yoxdur. Biz düşünürük ki, bu maliyyə çarxları vasitəsilə edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi” mövzusunda panel iclasda çıxış edən Albaniya Prezidenti İlir Meta söyləyib.

Avropa İttifaqının daha da genişlənə biləcəyini deyən İlir Meta qeyd edib ki, Avropa İttifaqının resursları məhduddur.

İttifaqın özünəməxsus hərbi qüvvələri olduğunu diqqətə çatdıran Albaniya Prezidenti deyib ki, NATO da Bosniya və Herseqovina ilə Kosova arasında səmərəli dialoqun aparılmasına təşəbbüs göstərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.