İDMAN


Albaniya Prezidenti futbol millimizin baş məşqçisi Canni De Byazini təbrik edib

Bakı, 14 iyul, AZƏRTAC

Albaniya Prezidenti İlir Meta futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, İ.Meta şəxsi “Facebook” hesabında italiyalı mütəxəssislə fotosunu paylaşıb və ona uğurlar arzulayaraq deyib: “Canni De Byazinin sayəsində Azərbaycan ilə əlaqələrimizdə yeni mərhələ olacaq. Bu təyinata görə sevindim və ona uğurlar arzulamaqdan məmnunam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq”.

2011-2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.