MƏDƏNİYYƏT


Albaniyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı tədbir keçirilib

Afina, 16 dekabr, AZƏRTAC

Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfirliyinin təşəbbüsü və Albaniya Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Səfirlik tərəfindən keçirilmiş tədbirlərin davamı kimi dahi şairin ingilis dilində nəşr olunmuş əsərləri ziyarətçilərə təqdim edilib, mütəfəkkirin həyatı və bədii yaradıcılığı haqqında qonaqlara ətraflı məlumat verilib. Tədbirdə məruzəçilər qismində Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfiri Anar Hüseynov, kitabxananın direktoru Miro Mişa və Azərbaycan-Albaniya Dostluq və Mədəniyyət Cəmiyyətinin rəhbəri Entela Muço çıxış ediblər. Çıxışlarda şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, onun əsərlərində yer alan ayrı-ayrı məqamlar, hadisələr və nəsihətlərdən ibarət fikirlərdən sitat gətirilib. Həmçinin tədbir zamanı səfirliyin təşəbbüsü və E.Muçonun müəllifliyi ilə nəşr olunmuş “Nizami Gəncəvinin həyatı, fəaliyyəti və düşüncələri” adlı kitabın təqdimatı keçirilib.

Tədbir zamanı N.Gəncəvi ilə bağlı sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.