İDMAN


Albaniyalı futbolçu Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror hadisəsini kəskin qınayıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli də etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı sol cinah oyunçusu bununla bağlı özünün “Instagram" səhifəsində paylaşım edib.

Albaniyalı müdafiəçi üzərində “Ganja Strong!” və “Pray for Ganja” (Gəncə güclüdür və Gəncə üçün dua edin) sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, A.Aqolli 2012-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.