İDMAN


Albaniyanın “Partizani” klubunun futbolçusu Eraldo Çinari Azərbaycanda oynaya bilər

Bakı, 23 fevral, AZƏRTAC

Albaniyanın “Partizani” klubunun futbolçusu Eraldo Çinari Azərbaycanda oynaya bilər.

AZƏRTAC xəbər verir ki, futbolçuya ölkəmizin 3 klubu maraq göstərir. Həmin klublardan birinin “Qarabağ” olması istisna deyil. Çünki Çinarini ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”a qarşı oynayıb. Böyük ehtimalla Çinari artıq növbəti mövsümdən Azərbaycan klublarından birinə keçəcək.

Qeyd edək ki, 2018-ci ildən “Partizani”də çıxış edən yarımmüdafiəçi 46 oyunda 11 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.