ELM VƏ TƏHSİL


“Albaniyanın qərb torpaqları” kitabı nəşr olunub

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Mili Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda qədim Azərbaycan dövlətinə həsr edilən “Albaniyanın qərb torpaqları (antik dövr)” kitabı nəşr olunub.

Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, monoqrafiya Azərbaycanın itirilmiş tarixi torpaqlarının araşdırılması baxımından çox əhəmiyyətli mövzuları əhatə edir. Çar Rusiyası dövründən başlayaraq bu günədək Albaniya dövlətinin ərazi tarixi qonşu dövlətlər tərəfindən saxtalaşdırılıb, İberiyadan Xəzər dənizinə, Qafqaz sıra dağlarından Araz çayınadək geniş torpaqları əhatə edən bu dövlətin ərazisi yalnız Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşdırılıb. Əsərdə antik qaynaqlara istinadən Albaniyanın qərb sərhədləri yenidən işlənilib, ərazinin tarixi coğrafiyası, etnik və siyasi tarixi təhlil edilib.

Monoqrafiyanın müəllifi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova, redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri isə tarix elmləri doktoru, professor Qafqar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.