İDMAN


“Albasete” klubu futbolçumuzun qolu ilə qalib gəlib

Bakı, 26 oktyabr, AZƏRTAC

Futbol üzrə İspaniya ikinci liqasının 8-ci turunda “Albasete” növbəti matçına çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1.

Start heyətdə meydana çıxan E. İsrafilov 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.