İQTİSADİYYAT


“Albayrak Holdinq” ilə ölkəmizə investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Albayrak Holdinq”inin rəhbəri Ahmet Albayrakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şirkətin ölkəmizə investisiya qoyuluşunda maraqlı olduğu sahələrə və birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qonaqlara KOBİA-nın ölkəmizə investisiya yatırmaqda maraqlı olan xarici sərmayəçilərə, eləcə də Türkiyədən olan investorların yerli sahibkarlarla əlaqələndirilməsinə, gələcəkdə birgə layihələrin icrasına dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.