İDMAN


Albert Aqarunovun xatirəsinə həsr olunan “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyinə həsr edilən ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Olimpiya ümidləri” adlandırılan turnirdə 6-13 yaşlı karateçilər mübarizə aparacaqlar.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək. Turnirin təntənəli açılış mərasimi sentyabrın 28-də olacaq.

Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər. Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.