ELM VƏ TƏHSİL


Albert Eynşteyn adlanan robot süni intellekt barədə danışıb

Bakı, 13 noyabr, AZƏRTAC 

Albert Eynşteyn adlanan robot Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Web Summit” konfransında insanlar və süni intellektə malik robotların gələcək münasibətlərinə dair bəyanatla çıxış edib.

AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, XX yüzilliyin ən böyük dahisi olan Albert Eynşteynin Honq Konqun “Hanson Robotics” şirkəti tərəfindən hazırlanmış və süni intellektlə təchiz olunmuş robotu yaxın gələcəkdə “ağıllı” robotların insanları Yer kürəsindəki üstün mövqeyindən sıxışdıracağı haqda qorxulu fikirlərə cavab olaraq, problemin robotlarda deyil, insanların özündə olduğunu söyləyib.

“Bəşəriyyət öz yaradıcılıq məhsulunun sağlam qalmasını təmin edə bilmək üçün özünü “sağaltmalıdır”. Mən ümid edirəm ki, insanlar pozitiv intellektual sistem yarada biləcəklər. Belə ki, insanların ətrafında onların həll edə bilmədiyi terrorizm, zorakılıq kimi bir çox problemlər var”, – deyə robot bildirib.

Qeyd edək ki, bu mövzuya öz çıxışında Sofiya adlı robot da toxunub. “Biz sizin iş yerlərinizi oğurlamağa hazırlaşırıq. Bu, yaxşı nəticələnəcək”. Robot bu fikri insanların həqiqətən istədikləri işlə məşğul olmaq üçün daha çox zamanı qalacağını nəzərdə tutaraq səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.