DÜNYA


Əlcəzair Aralıq dənizində neft axtaracaq

Bakı, 30 oktyabr, AZƏRTAC

Əlcəzair ilk dəfə Aralıq dənizində neft axtaracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Əlcəzairin “Sonatrach” şirkəti Aralıq dənizi sularında neft axtarışı üçün Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri ilə müqavilə imzalayıb.

Müqaviləyə görə, ölkənin şərq və qərb sahillərində 2 müxtəlif bölgə olmaqla ümumilikdə 25 min kilometrlik sahədə neft axtarışı aparılacaq. Müqavilə üzrə “Sonatrach” 50 faiz, “Eni” və “Total” şirkətləri isə 25 faiz maliyyə təminatı həyata keçirəcək.

Bundan başqa, “Sonatrach” və “Eni” şirkətləri Əlcəzairin cənub-şərqində neft-qaz yataqlarının işlənməsi üçün 1,1 milyard dollarlıq müqavilə imzalayıblar. Bu razılaşmaya əsasən, sözügedən regionda neft-qaz ehtiyatları yenidən qiymətləndiriləcək, eləcə də Aralıq dənizində seysmik tədqiqatlarla yanaşı, yeni neft quyuları da qazılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.