SİYASƏT


Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib

Qahirə, 27 iyun, AZƏRTAC

Əlcəzair Milli Xalq Məclisində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib.

AZƏRTAC xəbər verir ki, qrupun ilk iclasında Əlcəzair Milli Xalq Məclisinin sədr müavini Munzer Boden, Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri Ğarbi Abdelbaset, millət vəkilləri və Əlcəzair Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya idarəsinin rəis müavini Lounas Taazibet, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov iştirak ediblər.

İclasda çıxış edənlər Əlcəzair və Azərbaycan arasında əlaqələrin inkişafında parlamentarilərin rolu, iki dost ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərindən bəhs ediblər. Əlcəzairin millət vəkilləri azərbaycanlı həmkarları ilə birgə tədbirlərin, qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini də qeyd ediblər.

Parlamentlərarası dostluq qrupunun ilk iclasında iştirakından məmnunluğunu ifadə edən R.Bağırov ölkəmizin inkişafı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə millət vəkillərinə ətraflı məlumat verib. Azərbaycanın diplomatik nümayəndəliyinin iki dost ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı istiqamətində hər cür dəstək göstərəcəyini qeyd edən diplomat, parlamentlərarası dostluq qrupunun üzvlərinə uğurlar arzulayıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.