SİYASƏT


Əlcəzair KİV-də ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

Qahirə, 6 may, AZƏRTAC

Əlcəzairin “Əl Hivar”, “Əl Hərir”, “Əş Şuruğ” və “Əl Vasit” qəzet və portallarında “Ümummilli lider Heydər Əliyev: Böyük liderlik missiyası” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə Ulu Öndərin fenomenal dövlət xadimi və liderlik istedadından, Azərbaycan üçün ağır günlərdə xalqımızı fəlakətdən xilas etməsindən bəhs olunub. Müəllif diqqətə çatdırıb ki, SSRİ dövründə rəhbərlərdən biri olan dahi siyasətçi müsəlman olduğuna görə ayrı-seçkiliyə məruz qalsa da, sovet hakimiyyətinin süqutundan sonra müsəlman, ərəb dünyası ilə əlaqələrin qurulması və möhkəmlənməsində misilsiz xidmətlər göstərib. Ulu Öndər qurucusu olduğu müasir Azərbaycanda İslam dini və abidələrinə diqqət və qayğı ilə yanaşıb.

Məqalədə Ulu Öndərin Səudiyyə Ərəbistanına səfəri zamanı müqəddəs Kəbə və Mədinəyə ziyarətləri barədə də məlumat verilib, ərəbdilli oxuculara dünyanın ən məşhur siyasətçilərinin Heydər Əliyev haqqında fikirləri təqdim olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.