Əlcəzair KİV-ləri AZƏRTAC-la əməkdaşlığın perspektivlərindən yazırlar
AzerTAg.az
Bakı, 16 yanvar, AZƏRTAC
Əlcəzairin “əl-Fəcr”, “əl-Hərir”, “nn-algeria” xəbər portalları AZƏRTAC-la əməkdaşlığın perspektivlərindən yazırlar.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak arasında keçirilmiş görüşdən bəhs edən KİV-lər, media sahəsində birgə layihələrin reallaşdırılması, məlumatların operativ mübadiləsi məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıblar.
Yayılan informasiyalarda, həmçinin AZƏRTAC-ın Əlcəzair Xəbər Agentliyi (APS) ilə bir sıra beynəlxalq və regional media qurumları çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində əməkdaşlıq etdiyi vurğulanıb, agentliklər arasında əlaqələrin daha da genişləndirilməsinin önəminə dair görüşdə səsləndirilən fikirlər əksini tapıb.



Xəbərin mətnində orfoqrafik səhv var