DÜNYA


Əlcəzair Konstitusiya Şurasının  rəhbəri Tayyib Belaiz istefa verib

Bakı, 16 aprel, AZƏRTAC

Əlcəzair Konstitusiya Şurasının sədri 70 yaşlı Tayyib Belaiz istefa verib.

AZƏRTAC Algerie Presse Service agentliyinə istinadla xəbər verir ki, Tayyib Belaiz ölkənin müvəqqəti prezidenti Əbdülqadir Bensalehə müvafiq xahişlə müraciət edib.

Belaiz son həftələr Əlcəzairin bir çox şəhərində keçirilən çoxsaylı aksiya iştirakçılarının istefasını tələb etdiyi siyasətçilərdən biridir. O, 2019-cu il aprelin 2-də 20 il ölkəni idarə edən prezident Əbdüləziz Buteflikanın istefasını qəbul edən şəxs kimi tarixə düşüb.

Qeyd edək ki, Tayyib Belaiz 2019-cu il fevralın 10-da Əlcəzair Konstitusiya Şurasının sədri təyin olunub. O, bu postda 2013-cü ildən 2019-cu il yanvarın 28-dək quruma rəhbərlik edən Murad Medelsini əvəzləyib. Məşhur hüquqşünas və siyasətçi kimi tanınan Belaiz hökumətdə müxtəlif postlar tutub, Ədliyyə, Məşğulluq və Milli Həmrəylik nazirliklərinə, həmçinin 2013-cü ildən Daxili İşlər Nazirliyinə başçılıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.