SİYASƏT


Əlcəzair XİN-in başçısı: Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü kimi çox gözəl işlər görüb VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü kimi çox gözəl işlər görüb.

AZƏRTAC xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuata birgə bəyanatında deyib.

Nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Azərbaycanla Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. İqtisadi sahədə əlaqələrin intensivləşdirilməsi və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılması zəruridir.

Cənubi Qafqazda baş verən hadisələrə toxunan Ramtane Lamamra bildirib: “Regiondakı sabitlik bizim üçün önəmlidir. Bütün problemlər beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Sülh və sabitlik birbaşa beynəlxalq hüquqdan asılıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.