SİYASƏT


Əlcəzair nəşri Azərbaycan diplomatının müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunmuş məqaləsini dərc edib

Qahirə, 18 oktyabr, AZƏRTAC

Əlcəzairin “Əl Şuruğ” nəşrində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Azərbaycan. Şərqdə ilk müstəqil dünyəvi dövlət” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil dünyəvi dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpa olunmasından bəhs olunur. Müəllif diqqətə çatdırır ki, sovet imperiyasının süqutundan sonra Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə olub, 1991-ci ilin dekabrında isə Əlcəzair də bu ölkələr sırasına qoşulub.

Məqalədə qeyd olunub ki, müstəqilliyin ilk illərində Azərbaycanda qeyri-sabitlik, sosial-iqtisadi böhran hökm sürüb və Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Bu cür ağır şəraitdə ümummilli lider, görkəmli siyasətçi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb və ölkəni dərin böhran və xaosdan xilas edərək gələcək inkişafın möhkəm əsasını qoyub. Bundan sonra Azərbaycan Respublikasında siyasi sabitlik, sürətli iqtisadi inkişaf dövrü başlayıb.

R.Bağırov yazıb ki, müstəqilliyin ilk günlərindən Azərbaycan beynəlxalq təşkilatlarla və bütün xoşməramlı ölkələrlə sıx əməkdaşlıq siyasəti yürüdüb. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artıb, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyulub. Onun rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Bu Qələbədən sonra regionda yeni geosiyasi reallıq yaranıb, sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində Cənubi Qafqaz regionu iqtisadi tərəqqi dövrünə qədəm qoyub.

Məqalədə Azərbaycanın iqtisadi tərəqqisi, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji və kommunikasiya layihələri, qeyri-neft sektorunun inkişafı sahəsində atılan mühüm addımlar haqqında ətraflı məlumat verilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.