İQTİSADİYYAT


Əlcəzair nəşri: Zəngəzur dəhlizinin açılması Böyük İpək yoluna töhfə olacaq

Qahirə, 23 noyabr, AZƏRTAC

Əlcəzairin “Əl Hivar” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti barədə məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda tarixi İpək yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfransın keçirildiyi, TRASEKA beynəlxalq nəqliyyat proqramının və Bakı Bəyannaməsinin təsdiq edildiyi diqqətə çatdırılıb. Bundan sonra, 2001-ci il fevralın 21-də Azərbaycan paytaxtında TRASEKA Hökumətlərarası Daimi Komissiyanın Katibliyi fəaliyyətə başlayıb. Bundan başqa, ölkəmiz Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə də qoşulub və onun fəal iştirakçısıdır.

R.Bağırov yazır ki, ötən il Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində yeni nəqliyyat dəhlizlərinin açılması reallığa çevrilib. Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolunu təmin edəcək Zəngəzur dəhlizi, eyni zamanda, İpək yolunun inkişafına töhfə olacaq. Bu mühüm marşrut, həm də vaxtilə Zəngəzur mahalının qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində Naxçıvanın blokadasına da son qoyacaq. Dəhliz, həmçinin Türkiyə və Rusiyanı Azərbaycan ərazisi vasitəsilə birləşdirəcək.

Məqalədə qeyd olunub ki, Zəngəzur dəhlizinin əhəmiyyəti bu yaxınlarda keçirilmiş Türk Şurası ölkələrinin VIII Zirvə toplantısında da vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin bütün türk dünyası üçün iqtisadi önəmindən ətraflı bəhs edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.