DÜNYA


Əlcəzair parlamenti müvəqqəti dövlət başçısının adını açıqlayıb

Bakı, 9 aprel, AZƏRTAC

Əlcəzair parlamentinin yuxarı palatası - Millət Şurası ölkənin müvəqqəti dövlət başçısının adını açıqlayıb. Sabiq Prezident Əbdüləziz Buteflikanın istefasından sonra keçid dövründə ölkəyə rəhbərlik Əbdülkader Bensalehə həvalə olunub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, parlamentarilər bu qərarı ölkə Konstitusiyasının 102-ci maddəsi əsasında qəbul ediblər. Həmin maddəyə görə, dövlət başçısının istefası və ya ölümü baş verdikdə, parlamentin spikeri 90 gün müddətində - yeni seçkilər keçirilənə qədər keçici olaraq dövlət başçısının seçilməsi üçün qanunverici orqanın aşağı və yuxarı palatalarını toplaya bilər.

Sessiyada parlamentin hər iki palatasından 470 deputat iştirak edib və onların hamısı Bensalehin namizədliyini dəstəkləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.