Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əlcəzair parlamentinin sədri İrandakı səfirliyimizdə törədilmiş terror aktı barədə məlumatlandırılıb

Bakı, 30 yanvar, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Azərbaycan parlament rəhbərini salamlayaraq, ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin səviyyəsindən məmnunluq duyduğunu, Əlcəzair parlamentinin sədri Prezident İlham Əliyevin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə ölkəsinə səfər etdiyini xatırladaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İbrahim Bouğali, həmçinin özünün 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərindən və ölkəmizin əldə etdiyi nailiyyətlərin onda xoş təəssüratlar oyatdığını diqqətə çatdırıb. O, Parlament Şəbəkəsi çərçivəsində Əlcəzair parlamentinin öz dəstəyini əsirgəməyəcəyini və davamlı əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

O, Bakıda səfərdə olarkən Azərbaycan xalqının yüksək qonaqpərvərliyini gördüklərini bildirib, ölkəmizdə yaşayan Əlcəzair icmasının üzvləri ilə görüşdüyünü, onların Azərbaycanda özlərini çox rahat hiss etdiklərini və yaxşı yaşadıqlarını və buna görə ölkəmizə minnətdarlıqlarını ifadə edib. Milli Xalq Assambleyasının sədri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə münasibətdə qeyd edib ki, Əlcəzair xalqı da öz tarixində bənzər hadisələr yaşayıb və bu səbəbdən Azərbaycan xalqının Zəfərinə görə keçirdiyi qürur hissini yaxşı başa düşür və xalqımıza sülh və sabitlik arzu edirlər.

Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Azərbaycan Milli Məclisinin sədri kimi Əlcəzairə ilk dəfə səfər etdiyini diqqətə çatdıran Sahibə Qafarova bildirib ki, Azərbaycan və Əlcəzairi ənənəvi dostluq telləri və ortaq dəyərlər bir-birinə bağlayır. Milli Məclisin sədri gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olacağını xatırladıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfərinin dost ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək üçün böyük potensialın mövcud olduğunu qeyd edib.

Ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətinin parlamentlərimiz arasında əlaqələr təşkil etdiyini bildirən Sahibə Qafarova deyib: “Dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verəcək. Parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. Bütün bunlar sülh və təhlükəsizliyə, həmrəyliyə xidmət edir”.

Görüşdə Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.

Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib. O, Parlament Şəbəkəsinin Bəhreyndə keçiriləcək növbəti konfransında bu əməkdaşlıq çərçivəsinin institusional inkişafı baxımından mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu qeyd edərək, bu platforma çərçivəsində əməkdaşlığın önəmini diqqətə çatdırıb. Milli Məclisin sədri qeyd edib ki, Parlament Şəbəkəsi üzv parlamentlərin birgə fəaliyyətinin əlaqələndirilməsinə, ölkələrimizin səsinin beynəlxalq aləmdə eşidilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə töhfə verə biləcək təsisatdır. O, Əlcəzairin təşkilatın işində fəal iştirakını yüksək qiymətləndirib.

Parlamentin sədri 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər kağız üzərində qalması və icra olunmaması, bu sənədlərin icrasının Azərbaycanın öz gücü hesabına həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə, həmçinin Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə, deputatlardan Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə, Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev də iştirak ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək