SİYASƏT


Əlcəzair portalı Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin Şuşaya səfəri barədə yazıb

Qahirə, 30 iyul, AZƏRTAC

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Şuşadakı Saatlı məscidində qonaqlara ermənilərin tarixi-mədəni və dini abidələri, məscidləri dağıtmaları barədə ətraflı məlumat verilib. Parlamentlərin nümayəndə heyətləri şəhər meydanında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Şuşa Bəyannaməsini imzaladıqları yerlər, Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri və Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış saray kompleksi ilə tanış olublar. Parlamentlərin spikerləri, həmçinin Şuşa Qala divarları ilə tanışlıqdan sonra Aşağı və Yuxarı Gövhərağa məscidlərini ziyarət ediblər, Cıdır düzündə xatirə şəkli çəkdiriblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.