SİYASƏT


Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb

Qahirə, 17 may, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” informasiya portalında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozması ilə bağlı iddialarına dair açıqlamasını yayıb.

AZƏRTAC-a istinadla ərəb dilində yayılan xəbərdə Azərbaycan rəsmisinin bu iddiaların tamamilə yalan olduğunu qeyd etdiyi diqqətə çatdırılır. Bildirilir ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini işğal altında saxlaması olub və Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

Materialda qeyd olunur ki, beynəlxalq ictimaiyyətin bəzi üzvlərinin son sərhəd gərginliyinə reaksiya verdiyini şərh edən L.Abdullayeva sərhəd demarkasiyası və demilitasiyasının ikitərəfli məsələ olduğunu bildirib. O təəssüflə qeyd edib ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.