CƏMİYYƏT


Əlcəzair portalı Azərbaycan və Türkiyə liderlərinin Füzuli aeroportunun açılışında iştirakından yazıb

Qahirə, 27 oktyabr, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı barədə AZƏRTAC-ın materialını yayıb.

Xəbərdə qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər, onlara Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib və dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

Materialda, həmçinin iki qardaş ölkənin liderlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyduqları, Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olduqları qeyd olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.