SİYASƏT


Əlcəzair portalı: Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini təsdiq ediblər

Qahirə, 14 fevral, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında “Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini təsdiq ediblər” sərlövhəli material yerləşdirilib.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə ərəbdilli oxucuların diqqətinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsinin təsdiqləndiyi çatdırılıb. Qeyd olunub ki, fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Əl Hərir” portalının xəbərində vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib və tarixi əhəmiyyətə malik sənədin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.