SİYASƏT


Əlcəzair portalı İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin Şuşaya səfərindən yazıb

Qahirə, 17 sentyabr, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gələn İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı səfərləri barədə AZƏRTAC-ın xəbərini yayıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi və assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghaninin də daxil olduğu nümayəndə heyəti Şuşa şəhərində Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olub.

Xəbərdə qeyd olunub ki, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.