SİYASƏT


Əlcəzair portalı Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin əsas məqamlarını ərəbdilli oxuculara çatdırıb

Əlcəzair portalı Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin əsas məqamlarını ərəbdilli oxuculara çatdırıb

Qahirə, 12 fevral, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Prezidenti İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin əsas məqamlarını ərəbdilli oxuculara çatdırıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, dövlətimizin başçısı bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışarkən bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş getdiyini, müəyyən nəticələrin olduğunu deyib. Vurğulayıb ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisinə başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə çatdırıb.

Materialda vurğulanıb ki, Prezident İlham Əliyev azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirib, xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Dövlətimizin başçısı qeyd edib ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.

“Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.