SİYASƏT


Əlcəzair portalı Prezident İlham Əliyevin Şuşanı mədəniyyət paytaxtı elan etməsi haqqında AZƏRTAC-ın xəbərini yayımlayıb

Qahirə, 11 may, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında Prezident İlham Əliyevin Şuşa şəhərini mədəniyyət paytaxtı elan etməsi haqqında AZƏRTAC-ın xəbəri yayımlanıb.

Ərəb dilində yayılmış xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin bununla bağlı imzaladığı Sərəncamın əsas məqsədi Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğidir.

Xəbərdə vurğulanıb ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub, 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.

Sonda qeyd edilib ki, Sərəncamda tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olmasının Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri etdiyi yazılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.