MƏDƏNİYYƏT


Əlcəzair portalı Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalından yazıb

Qahirə, 7 may, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən I Beynəlxalq Kulinariya Festivalı barədə xəbər və fotoreportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festival barədə ərəbdilli oxuculara ətraflı məlumat verilib. Xəbərdə qeyd olunub ki, mayın 8-dək davam edəcək tədbirdə Almaniya, Fransa, Çin, Avstriya, İran, Gürcüstan, İtaliya, Malayziya, Yaponiya və Türkiyədən gəlmiş kulinarlar öz milli yeməklərini təqdim ediblər. Festivalda, həmçinin Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər təmsil olunurlar.

Sonda diqqətə çatdırılıb ki, festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunur, habelə tədbir çərçivəsində Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plenar keçirilir.

Oqtay Bayramov,

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.