MƏDƏNİYYƏT


Əlcəzair portalında Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzi barədə məqalə yayımlanıb

Əlcəzair portalında Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzi barədə məqalə yayımlanıb

Qahirə, 12 mart, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında Naxçıvanın məşhur Duzdağ mədəni və burada yerləşən fizioterapiya mərkəzi barədə məqalə yayımlanıb.

AZƏRTAC-ın ərəb dilində materialı əsasında təqdim olunmuş “Azərbaycanda turizm. Duzdağ möcüzəsi” sərlövhəli yazıda diqqətə çatdırılır ki, Azərbaycanın və dünyanın qədim diyarı Naxçıvandakı Duzdağ mədənində yerləşən fizioterapiya mərkəzi turistlərin sevimli məkanıdır və burada 130 milyon ton duz ehtiyatı var. Ötən əsrin 70-ci illərinin sonunda bu ərazidə yaradılmış fizioterapiya mərkəzində bronxial astma, nəfəs yollarının digər xəstəlikləri müalicə edilir.

Ərəbdilli oxuculara Duzdağ Fizioterapiya Mərkəzində yaradılmış yüksək şərait barədə də məlumat verilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.