SİYASƏT


Əlcəzair və Yəmən mətbuatı İƏT-in XV Zirvə Toplantısı haqqında xəbərlər yayıb

Qahirə, 29 noyabr, AZƏRTAC

Yəmənin “Əl Taməniyə Əl Yom” agentliyinin saytında və Əlcəzairin “Əl Hərir” portalında Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı haqqında AZƏRTAC-ın xəbərləri və fotomaterialları yayımlanıb.

Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Toplantısında çıxışının əsas məqamları və tədbirdə iştirak edən dövlət başçıları ilə görüşləri yer alıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Zirvə Toplantısının iştirakçıları torpaqların işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasını təbrik edib, regionda yaranmış yeni reallığın davamlı sülhə, iqtisadi tərəqqiyə və Qafqaz regionunun inkişafına şərait yaradacağına əmin olduqlarını bildiriblər. Eyni zamanda, İƏT-ə üzv ölkələrə azad edilmiş ərazilərdə rekonstruksiya və bərpa layihələrinə investisiya qoymaq çağırışı edilib.

Materiallarda Zəngəzur dəhlizinin açılmasının təşkilata üzv ölkələr üçün də əhəmiyyətli olacağı ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin fikirləri də verilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.