DÜNYA


Əlcəzairdə 5,1 bal gücündə zəlzələ olub

Qahirə, 27 iyun, AZƏRTAC

Əlcəzairin hazırda Aralıq dənizi Oyunlarının keçirildiyi Oran əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC rəsmi APS agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların ocağı bu ölkənin şimalında yerləşən Kadil rayonundan 12 kilometr aralıda qeydə alınıb. Əlcəzair Fövqəladə Hallar Xidmətinin məlumatında bildirilir ki, zəlzələ nəticəsində insan tələfatı və dağıntılar yoxdur.

Əlcəzairin Astronomiya, Astrofizika və Geofizika Araşdırmalar Mərkəzinin məlumatına görə, həmin ərazidə fevralın 26-dan 27-nə keçən gecə 4 və 3,3 bal gücündə əlavə yeraltı təkanlar baş verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.