DÜNYA
Əlcəzairdə meşə yanğınları nəticəsində 26 nəfər həlak olub
Bakı, 18 avqust, AZƏRTAC
Əlcəzairin şərq əyalətlərində meşə yanğınları nəticəsində azı 26 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi Əlcəzair Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, yanğınlar El Tarf əyalətində 24 nəfərin, Setif əyalətində isə 2 nəfərin ölümünə səbəb olub. Ölkənin 14 şərq əyalətində ümumilikdə 39 meşə yanğını tüğyan edir. Yanğınla mübarizəyə aviasiya da cəlb edilib.
Qeyd edək ki, dünyada meşə yanğınları son 20 ildə iki dəfə artıb. Avropada bu il anomal istilər səbəbindən rekord miqdarda meşə yanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]