DÜNYA


Əlcəzairdə yol qəzası nəticəsində 13 nəfər həlak olub

Qahirə, 13 sentyabr, AZƏRTAC

Əlcəzairdə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfərin həlak olduğu, 9 sərnişinin yaralandığı bildirilir. Xəbəri rəsmi APS agentliyi yayıb.

AZƏRTAC xəbər verir ki, ağır yol qəzası ölkənin Naama əyalətinin Oued Xebaza rayonunda baş verib. Əlcəzairin Mülki Müdafiə Departamentinin məlumatına görə yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı cinayət işi açılıb və təhqiqat aparılır.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun həlak olanların ailələrinə başsağlığı verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.