CƏMİYYƏT


Əlcəzairdən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Bakı, 1 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən mühafizə məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ÜHST-in son məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Medea, Tebessa və Laquat əyalətlərində xırdabuynuzlu heyvanların taunu və dabaq, El-Bayad əyalətində xırdabuynuzlu heyvanların taunu, Umm-El-Buaqi, Tipaza və Tizi-Uzu əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.

Həmin vəziyyət nəzərə alınaraq, ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzairin yuxarıda qeyd olunan əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.