DÜNYA
Əlcəzairin daha bir sabiq baş naziri həbs edilib
Bakı, 13 iyun, AZƏRTAC
Əlcəzair məhkəməsi ölkənin sabiq baş naziri Əbdülmalik Sellalın həbs olunması barədə qərar qəbul edib.
AZƏRTAC Sky News Arabia telekanalına istinadla xəbər verir ki, hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır.
Bir gün əvvəl isə Əlcəzairin digər sabiq baş naziri Əhməd Uyahi həbs olunmuşdu. Hər iki məmur ölkənin sabiq prezidenti Əbdüləziz Buteflika zamanında dəfələrlə hökumətə rəhbərlik edib.
Xatırladaq ki, aprelin 2-də Əbdüləziz Buteflika uzun sürən xalq etirazı və ordunun təzyiqi altında prezident postundan istefa verib. Hazırda Əlcəzairdə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi və xidməti vəzifədən sui-istifadə işləri üzrə bir neçə səs-küylü məhkəmə prosesi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]