SİYASƏT


Əlcəzairin səfiri: Əminik ki, bu konfransda Qoşulmama Hərəkatının yeni məqsədlərinə, nailiyyətlərinə çatacağıq

Bakı, 30 iyun, AZƏRTAC

Biz Bakı konfransında dünyada Qoşulmama Hərəkatının rolunun artması ilə bağlı yeni mexanizmləri müzakirə edəcəyik. Əminik ki, bu konfransda Qoşulmama Hərəkatının yeni məqsədlərinə, nailiyyətlərinə çatacağıq.

Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman AZƏRTAC-a məxsusi açıqlamasında söyləyib.

Əlcəzair səfiri vurğulayıb ki, Bakı konfransı Qoşulmama Hərəkatının ən mühüm tədbirlərindən biridir.

“Biz Azərbaycan hökumətinə və Milli Məclisə bu imkanı yaratdığı üçün öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, konfrans öz töhfəsini verəcək”, - deyə Abdelouahab Osman vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.