MƏDƏNİYYƏT


“Ələddin” tamaşası onlayn nümayiş olunacaq

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 27-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yutub kanalında “Ələddin” tamaşasını nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, “Ələddinin sehrli çırağı” əsasında Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi tamaşa daim maraqla izlənilən sənət nümunələrindəndir.

Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə təqdim olunan tamaşa balaca izləyicilərə əzmkarlıq, mübarizlik və qəhrəmanlıq hissləri aşılayır.

Qeyd edək ki, tamaşa saat 12:00-da nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.